Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Hindistanda dünyanın ən uzun müddət davam edəcək parlament seçkiləri başlayıb.
Səsvermə 7 mərhələdən ibarət olacaq.
Belə ki, seçki prosesi 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun olmaqla növbə ilə ölkənin 28 ştatında və 8 ittifaq ərazisində müxtəlif seçki dairələrində baş tutacaq.
Seçkinin nəticələri isə iyunun 4-də məlum olacaq. Bu, dünyada ən uzun müddət davam edəcək seçkilər hesab edilir.
Ümumilikdə namizədlər parlamentin aşağı palatası Lok Sabhada 543 yer uğrunda mübarizə aparacaqlar. Partiya və yaxud koalisiyalar üstünlüyə nail olmaq üçün azı 271 yer qazanmalıdırlar.
Bununla yanaşı, sözügedən parlament seçkiləri qeydiyyata alınan seçici sayına görə də dünya üzrə rekorda imza atıb. Hindistanın Seçki Komissiyasının məlumatına görə, 18 yaşına çatan bütün vətəndaşlar səsvermə hüququna malikdirlər və ümumi seçicilərin sayı 968 milyon nəfərdir. Onlardan 497 milyonu kişi, 471 milyonu isə qadındır.