Dünya ölkələrinin inflyasiya REYTİNQİ
Dünya ölkələrinin inflyasiya reytinqi açıqlanıb.
Dünyada ən yüksək inflyasiya hansı ölkələrdədir? Məlumatların əksəriyyəti 2024-cü ilin mart və 2024-cü ilin fevral aylarına aiddir. Məlumata görə, dünyada ən yüksək illik inflyasiyaya malik ölkə indiyədək Argentinadır. Bu ölkədə 2024-cü ilin mart ayında illik inflyasiya 288 faiz təşkil edib.
İkinci sırada 140 faizlə Suriya və üçüncü sırada 123 faizlə Livan gəlir. Dördüncü yerdə olan Türkiyədə illik inflyasiya 2024-cü ilin mart ayı etibarilə 68,5 faiz təşkil edir. Venesuela 67,8 faizlə beşinci yerdədir. Sudan, Zimbabve, Konqo, Syerra-Leone və Fələstin ilk 10-luğu tamamlayır. İran, Misir, Nigeriya, Malavi, Kuba, Myanma, Efiopiya, Anqola, Qana və Surinam 20-likdə yer alır.
Dünyanın cəmi yeddi ölkəsində illik inflyasiya 50 faizdən yuxarıdır. 30-cu yerdə olan Qazaxıstanda illik inflyasiya cəmi 9 faizdir. Avropa İttifaqında ən yüksək inflyasiyaya malik ölkə 6,6 faizlə Rumıniyadır. Bu göstərici ilə rəsmi Buxarest dünya reytinqində 43-cü yerdədir.
Region ölkələrinə nəzər yetirdikdə, Türkiyədən sonra ən yüksək inflyasiya İrandadır - 35.8 faiz. Rusiyada rəsmi inflyasiya 7.7 faiz təşkil edir. Gürcüstan 0.5, Ermənistan -1.2 faizlik inflyasiyaya malikdir. Xəzərin o tayındakı Türkmənistanda inlfyasiya göstəricisi 5.9 faizdir.