Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var

Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var


Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.

Bu barədə Çinin xarici işlər naziri Vanq Yi Qətərin “Peninsula” nəşrinə müsahibəsində deyib.

O, bütün tərəfləri atəşkəs və sülh üçün şərait yaratmağa çalışıb: “Beynəlxalq həmrəylik güclənməlidir. Sülhə nail olmaq üçün səyləri birləşdirmək lazımdır. Gərginliyi azaltmaq üçün əməli tədbirlər görülməlidir”.

Nazir bildirib ki, böhranın həlli üçün hansısa sehir yoxdur: “Bunun üçün özümüzdən başlamalıyıq”.

V.Yi vurğulayıb ki, xaosdan öz məqsədləri üçün istifadə edən və “alova benzin atan”lara qarşı mübarizə aparılmalıdır.

Çinin xarici işlər naziri bir daha Pekinin Ukrayna böhranının həlli üçün beynəlxalq konfransın çağırılmasına dəstəyini ifadə edib: "Bu konfransda Moskva və Kiyev müharibənin bərabər şərtlərlə həllinin mümkün yollarını müzakirə edə bilərlər".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.