Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.
Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq;
- müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək;
- müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq;
- müvafiq sahədə tədqiqatlar aparmaq;
- müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq;
- müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;
- müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;
- Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.