Mahir Mədətov “Beşiktaş”a gedir? – YENİLƏNİB

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:

“Bu xəbər yalandır. Mahir Mədətov “Beşiktaş”a transfer olunmayıb. Hücumçumuz karyerasını “Qarabağ”da davam etdirir”.

10:38

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətovun “Beşiktaş”a transferi geniş müzakirələrə səbəb olub.

AzBaku.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün Türkiyə mətbuatı Mədətovun artıq İstanbul klubu ilə müqavilə imzaladığını yazıb.

Qardaş ölkədən olan həmkarlarımız, hətta buna aid foto da paylaşıb.
Mahir Mədətov “Beşiktaş”a gedir? – YENİLƏNİB