Berlində texnologiya şirkətində yanğın olub - Sakinlərə xəbərdarlıq edildi
Berlinin Lixterfelde rayonundakı texnologiya şirkətinin “Diehl” zavodunda yanğın baş verib.
Bu barədə “Der Spiegel” məlumat yayıb.
Şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Ventzel bildirib ki, hazırda müəssisənin dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi dağılıb:
“Binada yanan kimyəvi maddələr də var. Orada sulfat turşusu və mis sianid saxlanılırdı. Hidrogen sianidin əmələ gəlməsi və tüstü ilə birlikdə havaya qalxması riski var. Hadisə yerində 180 yanğınsöndürən işləyir, onlar hidrosian turşusunun əmələ gəlməsinin qarşısını almaq üçün yalnız köpükdən istifadə etməklə yanğını kənardan söndürə bilirlər ”.
Yanğınsöndürmə xidməti zəhərli tüstünün şəhərin şimal hissəsinə doğru yayılması təhlükəsi barədə xəbərdarlıq edib. Berlin sakinlərindən çölə çıxmamaları, pəncərə və qapılarını bağlı saxlamaları xahiş olunur.