Rusiya bu raketlərlə hücum edərsə, sağ qalacağıq?
Polşa hakimiyyəti ölkədə nüvə silahı yerləşdirərsə, öz əhalisini riskə atmış olar, çünki bu cür addımlar Rusiyanın cavabı ilə nəticələnə bilər.
Bu barədə "Myśl Polska" qəzetinin analizində qeyd edilib.
"Mövcud vəziyyəti nəzərə alaraq çox açıq sual vermək lazımdır: Polşa və onun sakinləri ölkə ərazisində yerləşdirilmiş Amerika nüvə silahlarına Rusiyanın nüvə başlıqlı raketlərinin kütləvi hücumundan sonra necə olacaq? Polşa necə görünəcək? Biz xalq olaraq sağ qala bilərikmi?" - məqalədə bildirilib.
Qeyd edək ki, Polşa Prezidenti Duda “Fakt” qəzetinə müsahibəsində bildirib ki, lazım gələrsə, Polşa NATO-nun nüvə başlıqlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.