Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq


Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq.

Sənəd Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

Bundan başqa, Azərbaycan və Slovakiyanın müdafiə nazirləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso bu gün Azərbaycana səfərə yola düşüb.