Əli Əsədov: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir
“44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb”.
Bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib.
Baş nazir azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı barədə məlumat verib:
“Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri geniş vüsət alıb və qardaş Türkiyə şirkətləri bu işlərdə yaxından iştirak edirlər. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard dollardır”.