Tavuşa sərhədçilər yerləşir? - MTX “sirri”

Tavuşa sərhədçilər yerləşir? - MTX “sirri”


Ermənistanın Milli Təhlükəsizlik Xidməti Tavuşda sərhədçilərin yerləşdirilməsi prosesinin başlanıb-başlamaması ilə bağlı sualı şərh etməkdən imtina edib.

Bu məlumatı Ermənistan mediası yayıb.

“Tələb olunan məlumat dövlət sirridir”, - Xidmətdən bildirilib.

MTX Ermənistan və Azərbaycanın DSX rəhbərlərinin əlaqə saxlayıb-saxlamaması ilə bağlı sualı da şərh etməyib.