Gəncə sakini evində diri-diri yandı

Gəncədə yaşayış evində yanğın olub.

AzBaku.info APA-ya istinadən məlumata görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.

Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.