Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO


Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.