Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşüb
Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında görüş keçirilib.
Bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb.
Bu, cari il ərzində tərəflər arasında keçirilən ikinci görüşdür. Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında ilk görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.
Qeyd edək ki, S. Qafarova ilə A. Simonyan Cenevrədə baş tutan bu rəsmi görüşdən öncə orada Parlamentlərarası İttifaqın Hazırlıq Komissiyasının 1-ci iclası çərçivəsində də təkbətək söhbətləşiblər.