Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - Fotolar

Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - Fotolar

Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib.