Cüdoçularımız Avropa Kubokunda 2 medal QAZANDI

Cüdoçularımız Avropa Kubokunda 2 medal QAZANDI

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.

Təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.


Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarışa mayın 19-u yekun vurulacaq.