Rəisi ilə vida mərasiminə Türkiyədən onlar gedəcək
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan mayın 22-si İrana səfər edəcəklər.
Onlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi ilə keçirilən vida mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, mayın 19-u baş vermiş qəza nəticəsində İran Prezidenti ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar.
İbrahim Rəisi mayın 23-ü doğulduğu Məşhəd şəhərində dəfn olunacaq