İnstitutun əməkdaşları direktorun əməllərindən birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Səhiyyə naziri Oqtay Şirəliyevə şikayət etdilər.
Rubrika.az saytına müraciət edən Ağciyər Xəstəlikləri İnstitutunun bir qrup əməkdaşı xəstəxanada baş verən qanunsuzluqlardan, xüsusilə yeni təyin olunan direktor Həqiqət Qədirovanın əməllərindən dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səhiyyə naziri O. Şirəliyevə şikayət edir, ciddi tədbirlər görülməzsə burada vəziyyətin daha dəhşətli hal alacağını bildirirlər.
Müraciət müəllifləri qeyd edir ki, Həqiqət Qədirova əvvəllər rəhbərlik etdiyi Respublika QİÇS-lə mübarizə mərkəzində də yarıtmaz fəaliyyətinə görə kollektivin kütləvi etirazına görə işdən uzaqlaşdırılıb: “ Həqiqət Qədirova əslində bir diktatordur. Hansı qüvvələrsə onu Ağciyər Xəstəlikləri İnstitutuna rəhbər gətirib. Gəldiyi gündən şərləmə, qarayaxma prinsiplərini əsas götürərək xəstəxananın aparıcı həkimlərini hədəfə alıb. Xəstəlik tarixlərini yoxlamaq adı ilə xüsusi komissiya yaradaraq kimi istərsə sifarişlə şərlətdirir.”
Komissiyanın tərkibinə direktorun xüsusi seçdiyi şəxslərin daxil olduğunu bildirən müraciət müəllifləri onların qərəzli münasibətindən şikayətlənirlər:
“ Komissiyaya daxil olanlar kimlərdir- Firidun Məcidov-, 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə belə ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.
Komissiyanın digər üzvü Faiq Agayev ixtisasca bronxoloqdur, kecmish direktordur. Özü xəstəlik tarixini həyati boyu yazmayib, klinisist deyil,amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir . Direktorun sağ əli hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Anasi erməni qızı olduğu bildirilir.”
Müraciətdə institutun aparıcı cərrahı, elmlər namizədi, aprel döyüşlərinin iştirakçısı, Səhiyyə nazirliyinin cərrahı Cəmil Ələkbərova göstərilən qərəzli münasibətdən xüsusilə bəhs olunur. Bildirilir ki, “ilk öncə “xəttin pisdir” deyərək onun həkimlik fəaliyyətinə qadağa qoydu, daha sonra isə özəl xəstəxanaya gedirsən bəhanəsiylə işdən qovmaqla hədələdi, iclaslarda təhqir etməyə başladı. Səbəb isə həqiqətən də ağlamalıdır: C. Ələkbərovun özü xəstə olduğu halda xəstələrin təkidli xahişi ilə işə gələrək 2 ağır xəstəyə yardım etməsi, onları ölümdən xilas etməsidir. Bunun əvəzində təşəkkür almaq əvəzinə töhmətləndirildi. H. Qədirova “gəlsin mənə yalvarsın, üzr istəsin, izzahat yazsın, bəlkə onu bağışladım” deyərək C. Ələkbərovu təhdid edir. Hətta şöbə müdirini çağıraraq tələb edib ki, Cəmil həkimin 2 gün işə gəlməməsi haqqında təqdimat yazsın”
Müraciətdə bildirilir ki, institutda H. Qədirovanın gəlişindən sonra narazılıq pik həddə çatıb. “Qapının ağzında dayanan mühafizəçidən tutmuş üzü yuxarıya kimi hamı narazıdır” deyə şikayətçilər bildirirlər.
İnstitut əməkdaşlarının müxtəlif vasitələrlə işdən uzaqlaşdırıldığını bildirən əməkdaşlar bildirir ki, “əvvəl işçiyə töhmət verir, sonra yanına çağırıb hədə-qorxu gələrək bildirir ki, ərizəni yazmasan töhmət verəcəyəm, nazirliyə təqdimat yazacağam. Bu hədələrə tab gətirməyən xeyli həkim işdən getməyə məcbur olub. 15 il institutda reanimatoloq işləyən, 4 uşağa tək baxan ( bir övladı yüksək balla Türkiyədə oxuyur) Ruhiyyə Abdullayevanı da bu yolla institutdan uzaqlaşdırıb. İnstitutda yeganə USM həkimi olan Xatirə Əliyevanı da eyni üsulla-töhmət vermək, şərləmək, hədə-qorxu yolu ilə işdən qovmaqla hədələyir.”