Nazir: Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox
Təhsil, təqaüd maliyyəsi hesabına universitetlərdə elmi tədqiqat işlərinii maliyyələşdirmək olduqca çətindir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.
“Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox. Bugünkü göstərici odur ki, Azərbaycanda ali təhsil müəssisələrində elmli tədqiqat kompanenti aşağıdır. Müsbət dinamika var və bu bizim üçün çox önəmlidir”.