Bu xəstəxanaya baş həkim təyin olundu - Foto

Bu xəstəxanaya baş həkim təyin olundu - Foto

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni təyinatlar olub. 

Səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.