Azərbaycanda orta aylıq əməkhaqqı ARTACAQ
Orta aylıq əməkhaqqının 980,0 manatdan 990,0 manat olması proqnozlaşdırılır.
Bu barədə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.
Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılıb.
Bunu nəzərə alaraq, dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcədən sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190,0 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur.
Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25 milyon manat artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılması təklif olunur.
Bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30 min manat artırılıb.
Beləliklə, Fondun xərcləri 30 milyon manat və yaxud 0,4 % artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb.
Nəticədə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160 milyon manat azaldılaraq 1 milyard 232 milyon manat təşkil edəcək.