Əlilliyi olan şəxslərin təmin edilməli olduğu dərmanların sayı artırıldı

Əlilliyi olan şəxslərin təmin edilməli olduğu dərmanların sayı artırıldı


Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib.

“Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na Loratadin (tablet), “Ürək damar sistemi üçün dərman vasitələri” sırasına Amlodipin+İndapamid+Perindopril (tablet), Ramipril (tablet) daxil edilib..