Gürcüstanda nazir müavini buna görə istefa verdi
Gürcüstanın maliyyə nazirinin müavini Mirzə Gelaşvili ölkənin gələcəyini yalnız Avropada gördüyünü söyləyərək vəzifəsini tərk edib.
O, bu barədə LinkedIn-də yazıb.
"10 il dövlət qulluğunda işlədikdən sonra Gürcüstanın Maliyyə Nazirliyindən gedirəm. Fərdi məsləhətçi kimi karyeramı davam etdirəcəyəm... Müstəqillik gününüz mübarək! Gürcüstanın gələcəyi Avropadadır!”, - deyə Gelaşvili qeyd edib.
“Formula” telekanalı ilə söhbətində o, qərarın xarici agentlər haqqında qanunla bağlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bəzi həmkarları da açıq şəkildə xarici agentlər haqqında qanunla razılaşmırlar.