Qazaxda kafelər suyun altında qaldı

Qazaxda kafelər suyun altında qaldı

Qazax rayonunda intensiv yağan yağışlar nəticəsində çayda daşqınlar yaranıb.

Rayonun İkinci Şıxlı kəndindən keçən Xram çayında suyun artması zamanı bir neçə kafelər və əkin sahələri suyun altında qalıb.

Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarın ərazisi suyun altında qalıb. Hazırda  qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.