Fransa səfiri Azərbaycan xalqını TƏBRİK ETDİ

Fransa səfiri Azərbaycan xalqını TƏBRİK ETDİ

Fransanın Azərbaycandakı səfiri Ann Buayon 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

Diplomatın "X"-dəki paylaşımında deyilir:

"Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!".