Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi

Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi

Finlandiya Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Finlandiya Prezidenti dövlət başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.