Bakıda III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb.
Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilir.
Konfansın ikinci günü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun çıxışı ilə başlayıb.
Qeyd edək ki, konfransın birinci günü Zəngilanda baş tutmuşdu.