Mehriban Əliyeva uşaqları təbrik etdi

Mehriban Əliyeva uşaqları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi sosial media hesablarında paylaşım edib. 

Paylaşımda deyilir:

“Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram! Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın! Uca Allah sizi qorusun!”