Qanda şəkərə nəzarət edən içki hazırlandı

Qanda şəkərə nəzarət edən içki hazırlandı

Ural Dövlət Universitetinin mütəxəssisləri diabetli xəstələrdə qan şəkərinin səviyyəsini azalda biləcək içkinin hazırlandığını açıqlayıblar.

İçki ikinci dərəcəli qida məhsullarından, o cümlədən toyuq ətindən əldə edilən zülal hidrolizatından istifadə edən unikal formula əsaslanır.

Alimlər bildirib ki, bu içki 1-ci tip diabet üçün ənənəvi müalicəni effektiv şəkildə tamamlaya bilər.

Tədqiqatçılar hər yeməkdən əvvəl bu içkinin içilməsinin insulin istehlakını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəyini bildiriblər. Onların hesablamalarına görə, bu, qanda qlükoza səviyyəsinə nəzarət etmək və bu xəstəliklə bağlı ağırlaşma riskini azaltmaq üçün mühüm addım ola bilər.

Diabetin qeyri-adekvat müalicəsi görmə itkisi, ətrafların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.