Rövşən Nəcəf: "SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir"

Rövşən Nəcəf: "SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir.

"Report"un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir: "Belə əməkdaşlıq etmədən mümkün deyil".

R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: "Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrə və təbii ki, evlərə enerji təhlükəsizliyini təmin etməkdir".

O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: "İnanırıq ki, biz bu hədəflərə nail olacağıq".