Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib
Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyunun 6-da xarici işlər naziri Ararat Mirzoyan ilə xarici siyasət problemlərini müzakirə edib və onların həlli istiqamətində iş aparıb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Mirzoyan Xaçaturyana beynəlxalq proseslər və ölkəyə təsir edən hadisələr barədə danışıb.
Dövlət başçısı səmərəli fəaliyyətinə görə Xarici İşlər Nazirliyinin rəhbərinə təşəkkür edib.
“Bu çətin şəraitdə siz Ermənistanı təhlükəsiz gələcəyə aparan daha yaxşı yollar tapırsınız”, - Xaçaturyan bildirib.
Görüşdə Ermənistan-Azərbaycan danışıqlarının gedişi də müzakirə olunub.
Tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərindən də danışıb və bir sıra məsələlər üzrə ümumi mövqenin işlənib hazırlanmasının mümkünlüyünü qeyd ediblər.