![“Qafqaz Qartalı - 2024”: PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbələr endirilib](https://azadmedia.az/uploads/posts/2024-06/1718008171_50ce0a10-eef0-3cd0-911e-65bc0b3e4267_850.jpg)
Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, - məlumatda vurğulanıb.