Türkiyə parlamentinin sədri İsmayıl Kahraman Rusiya və Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdirməyi təklif edib.
İ.Kahraman belə bir təklifi Rusiyanın Dövlət dumasının sədri Vyaçeslav Volodin ilə görüşü zamanı irəli sürüb.
O qeyd edib ki, bu il turizm sahəsində kəskin artım müşahidə olunub. İ.Kahramanın sözlərinə əsasən, Rusiyadan Türkiyəyə turist axını 4 milyon nəfəri keçib.
(oxu .az)