Rəisinin ölüm xəbərinə təhqiramiz münasibət bildirən 200 nəfərə cinayət işi açılıb

Rəisinin ölüm xəbərinə təhqiramiz münasibət bildirən 200 nəfərə cinayət işi açılıb

İranda Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması xəbərinə kədərli münasibət göstərməyən İsfahan əyalətinin 200-dən çox sakini barəsində cinayət işi başlanıb.

Bunu İsfahan əyalətinin prokuroru Məhəmməd Musəvian bildirib.

Onun sözlərinə görə, əyalətin 200-dən çox sakini yalan xəbər yaymaq, İbrahim Rəisiyə və onun silahdaşlarına təhqiramiz münasibət göstərməkdə ittiham olunur.

Qeyd edək ki, İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər mayın 19-da Güney Azərbaycanın Qaradağ bölgəsində helikopter qəzasında həlak olublar.