Məcburi köçkünlər yolu bağladı — VİDEO


Bu gün səhər saatlarında bir qrup məcburi köçkün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən Cavadxan küçəsini bağlayıb.
“Ölkə.Az”-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlər yolu bağlayaraq, ev tələb edirlər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hələlik yolu açmaq mümkün olmayıb.