Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) məhkəməyə qədərki kollegiyası Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Bu barədə məhkəmənin saytında məlumat verilib.
“İyunun 24-də II Beynəlxalq Cinayət Məhkəməsinin ibtidai istintaq komissiyası Ukraynadakı vəziyyət kontekstində beynəlxalq cinayətlər törətməkdə şübhəli bilinən iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb”, - məlumatda qeyd olunub.