“5 müəllimdən biri riyaziyyatdan nəticə göstərə bilməyib”

“5 müəllimdən biri riyaziyyatdan nəticə göstərə bilməyib”


“Bəzi rayonlarda hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir bildirib ki, ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib:

“Suallar həmişə standartlara uyğun yazılır. Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var”.