Ermənistan XİN başçısı Gürcüstana səfər edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşəcək, danışıqlardan sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.