İran Tacikistanla viza rejimini ləğv edir
İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.
Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.
Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:
- vizasız qalma müddəti - 30 gün;
- səyahət növü - yalnız hava ilə;
- marşrut - yalnız Düşənbədən Tehrana və geriyə;
- fəaliyyət şərti - ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.
Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.