Putin: MDB ölkələri təhlükəsizliyi gücləndirəcək

Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

TASSxə bər verir ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik gücləndirilməsi istiqamətində üzrə işi davam etdirəcəklər.

Rusiya prezidenti ölkələr arasındakı əmtəə dövriyyəsinin kəskin artımını da qeyd edib. Belə ki, 10 ay ərzindəki məlumata görə, dövriyyə 1/3 artıb.

Rusiya prezidentinin sözlərinə görə, il ərzində quruma daxil üzv ölkələri arasında inteqrasiya, xidmətlərin üzv ölkələrə daşınması üzrə maneələrin aradan qaldırılması, terrorçuluqla mübarizə istiqamətlərində mühüm səylər göstərilib.

“MDB ölkələri terrorçuluqla mübarizə, transsərhəd cinayətlər və narkotraffikə dair əməkdaşlığı genişləndirir”, – deyə o bildirib.
(oxu. az)