Yük maşını ağır qəza törətdi – Yük yola dağıldı - VİDEO

Dəmir məhəccəri əzib əks istiqamətə çıxaraq aşıb

Bu gün saat 21:00 radələrində Bakı-Quba yolunun 72-ci km-də (Giləzi qəsəbəsi ərazisində) Bakı istiqamətində hərəkətdə olan çınqılla dolu yük avtomobili qəza törədib. Avtosfer.az xəbər verir ki, qəza zamanı yük avtomobili dəmir məhəccəri əzib əks istiqamətə çıxaraq aşıb, yük isə yola dağılıb. Hadisə şahidlərinin sözünə görə, yük avtomobili tam yararsız hala düşüb və sürücüsü ağır xəsarət alıb. Xəsarət alan sürücünü təcili tibbi yardımla hadisə yerindən aparıblar.