Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu - Yenilənir
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.(APA)
Hazırda faktla bağlı araşdırma aparılır.