Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB-nin Parlamentlərarası Assambleyasının sessiyasında iştirak etməyəcək.
Bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb.
Sözügedən sessiya iyulun 12-də Sankt-Peterburqda keçiriləcək.
Xatırladaq ki, Ermənistan rəsmiləri son zamanlar MDB və KTMT çərçivəsində keçirilən tədbirlərdə iştirak etməkdən imtina edirlər.