Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilir
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Milli Məclisin VI çağırış deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunacaq.
Bu məsələ Komissiyanın bugünkü iclasında müzakirəyə çıxarılan mövzular siyahısındadır.
Qeyd edək ki, A. Əliyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı RİH başçısı təyin edilib.