III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı

 
III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı


2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Bildirilir ki, Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.

2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri:

Azərbaycan Respublikasının gənclər və idman naziri.

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;

Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini;

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini;

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru;

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini;

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini;

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini;

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini;

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti;

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti;

“CBC Sport” televiziya kanalının baş direktoru;

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı;

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini;

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini;

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini;

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini;

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini;

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini;

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini;

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini;

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini;

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini;

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini;

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini;

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini;

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir.

Təşkilat Komitəsi III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.