Ceyhun Bayramov NATO sammiti çərçivəsində təşkil edilən naharda iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO sammiti üçün təşkil edilən naharda iştirak edib.
O, bu barədə “X”də yazıb.
“Vaşinqton Sammitində iştirakımız zamanı mənə və nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”, - o bildirib.