Trampın növbəti mitinqinin tarixi - Açıqlandı

Trampın növbəti mitinqinin tarixi - Açıqlandı

 
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra Miçiqanda daha bir mitinq keçirməyi planlaşdırıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Trampın növbəti mitinqi iyulun 20-də Miçiqanda baş tutacaq.

Trampın seçki qərargahının məlumatına görə, mitinqə vitse-prezidentliyə namizəd Cey Di Vens də qatılacaq.

Xatırladaq ki, iyulun 13-ü Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib.