Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ına düzəliş edilib. Avtosfer.az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti tərəfindən imzalanıb. Düzəlişə görə, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci hissəsinin “ç” yarımbəndində “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə və “əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.