Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb
Türkiyə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşə hazırlıqdır.
Bu sözləri rusiyalı politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, iki liderin görüşü üçün hazırda şərtlər müzakirə olunmaqdadır:
“Barışığın əsas səbəbləri bunlar ola bilər: Birincisi, türklər milyonlarla suriyalı qaçqından yorulub və onların varlığı Ərdoğanın populyarlığını aşağı salır. İkincisi, Əsəd Rusiya və İranın köməyi ilə vətəndaş müharibəsində qalib gəldi və hakimiyyəti möhkəm şəkildə əlində saxladı. Üçüncüsü isə amerikalılar Suriya kürdlərini dəstəkləməklə Türkiyəyə həddən artıq problemlər yaradırlar”.