İsrail ordusu: “Hizbullah” Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya doğru aparır
“İsrail regionda müharibədən qaçmağa üstünlük verir, lakin hesab edir ki, “Hizbullah” hərəkatı Livan və Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya doğru aparır”.
Bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri istənilən ssenariyə tam hazırdır:
“Hətta “Hizbullah”ın davam edən təcavüzü, qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya sürükləyir. “Hizbullah”ın döyüşçüləri 2023-cü il oktyabrın 7-də Fələstinin “HƏMAS” hərəkatının radikalları tərəfindən İsrailə qarşı həyata keçirilən hücuma dəstək verib, ertəsi gün onlarla döyüşlərə qoşulublar”.