UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.
23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir.
"Qarabağ" Çempionlar Liqasında Cəbəllütariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdi - 2:0.
"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə edib - 4:0.
"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.
Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.
Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.
55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.